Əziz qonaqlar. Azərbaycan Respublikası həm düzənlik, həm də dağlıq-meşəlik ərazilərlə zəngin olduğu üçün, burada müxtəlif növ heyvanlara rast gəlmək olur. 1963-cü ildən ovçuluq turizminin fəaliyyət göstərdiyi Azərbaycanda bu sahəyə maraq son dövrlər xüsusilə artmışdır. Ceyran, maral, dağ keçisi, çöl donuzu (qaban), dovşan, bildirçin, su quşlarının (ördək, qaz, qaşqaldaq) yaşadığı ərazilərə səfər etmək, ov ovlamaq, quş quşlamaq istəyirsinizsə, mütləq bizimlə əlaqə saxlayın. Heyvanların qorunduğu qoruqlara girişə icazə alınması, qonaqların tüfəng və güllə ilə təmin edilməsi, ov ərazisinə aparılma, lazım olarsa gecələmə və geriyə qayıtma ilə bağlı bütün xidmətləri AzeriTravel Şirkəti həyata keçirir. Ətraflı məlumat və turların təşkil edildiyi rayonlarla tanış olmaq üçün bizə müraciət edin.