Azərbaycanda Vərəsəlik
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, vərəsəlik dedikdə, ölmüş şəxsin hüquq və vəzifələrinin vərəsəlik hüquq normaları əsasında vərəsələrə keçməsi başa düşülür. Təbiətin dəyişilməz qanunları vardır və hər kəs müəyyən zaman keçdikdən sonra, haqqın dərgahına qovuşacaqdır. Ancaq əksəriyyət ölümdən sonra topladığı sərvətin, əmlakın aqibəti barədə düşünür və düşünməlidir də. Buna görə də, vərəsəlik, yəni mirasın bölüşdürülməsi məsələsi ilə tez-tez qarşılaşırıq.
Azərbaycan Respublikası ərazisində vəfat etmiş şəxsin əmlakı qalmışdırsa, vərəsələr tam arxayın formada AzeriTravel Şirkətinə müraciət etməklə, bütün bu əmlakın vərəsələrin adına keçirilməsinə nail ola bilərlər.
Bütün bunları nəzərə alaraq, mirasın varislərin adına istisnasız olaraq rəsmiləşdirilməsi üçün bu sahədə xüsusi bilik və təcrübəyə malik hüquqşünaslarımızın yardımından istifadə edə bilərsiniz. AzeriTravel Şirkəti maraqlarınıza xələl gətirən bütün problemlərdən sizi qoruyacaq, eləcə də mirasın açılması, bölgüsü və adınıza vərəsəlik şəhadətnaməsinin verilməsi üçün bütün proseduru həyata keçirəcəkdir.