Avtomobillərin kirayəsi

Əziz qonaqlarımız. Artıq Azərbayana bir neçə dəfə səfər etmisinizsə və ölkəni yaxşı tanıyırsınızsa, bu zaman növbəti maraqlı addım kimi avtomobil kirayəyə götürüb, öz turunuzu özünüz planlaşdıra bilərsiniz. Təbii ki, ölkənin maraqlı yerlərinin siyahısını və koordinatlarını bizdən təmənnasız ala bilərsiniz. Ancaq bu turu real olaraq həyata keçirməkdə biz sizə yalnız avtomobil kirayəyə verməklə və lazım gəldikdə, gedəcəyiniz yerdə sizi mənzil və otellə təmin etməklə vəzifəmizi bitmiş sayacağıq. Tam şəkildə Kasko sığortalı, ekonom, biznes klass, yolsuzluq və digər növ avtomobillə Azərbaycan daxilində istədiyiniz yerə səfərə çıxa, Azərbaycanın gözəl təbiətindən yararlanaraq istirahətinizi düzgün şəkildə qura bilərsiniz. Hal-hazırda bazamızda mövcud olan və kirayəyə verilən avtomobillərlə aşağıda tanış ola bilərsiniz. Bron edəcəyiniz avtomobillə bağlı bizə yazmağınız xahiş olunur.