Tarixi abidələr

Qədim tarixə malik Azərbaycan ərazisi 1000-dən çox tarixi abidə ilə zəngindir. Bu abidələrin bəziləri ilə aşağıda tanış ola bilərsiniz:


Qobustan abidəsi
(e.ə. XVI minillik). Orta daş dövrünün ən parlaq abidələrindən olan Qobustan abidəsi Bakı şəhərindən 56 km aralıda yerləşir. Burada qayalar üzərinə həkk edilmiş rəsmlər, eləcə də qayadaxili yaşayış məskənləri orta daş dövrü insanlarının yaşayışı barədə bizə qiymətli məlumatlar verir.

 

 


 

İçəri şəhər (XI-XV əsrlər). Qədim Bakının ərazisi olub, möhkəm qala divarları ilə əhatə olunmuşdur.

Şirvanşahlar sarayı (XIII-XV əsrlər). İçəri şəhərin daxilində yerləşib, Şirvanşahlar dövlətinin rəhbər şəxslərinin yaşadığı və fəaliyyət göstərdiyi saray.

 

 

 

 


Qız qalası (XII əsr). İçəri şəhərin daxilində yerləşib, şəhəri dənizdən gözlənilən hücumlardan qorumaq üçün yaradılmış qala.

 

 

 

 

 



Atəşgah
(XVII əsr). Azərbaycanlıların qədim əcdadlarının ibadət etdikləri atəşi, odu təcəssüm etdirən, daim yanan abidə.

 

 

 

 

 

 


Bayıl qalası          (XIII əsr). Bakının Bayıl burnu yaxınlığına yerləşən tarixi abidə. Bayıl qalası Xəzər dənizində suyun vəziyyəti ilə əlaqədar olaraq bəzən quruya çıxıb, bəzən isə su altında qalıb. Hal-hazırda dəniz altındadır.

 

 

 

 


Yanardağ (tarixi bilinmir). Bakı şəhərində, Xəzər dənizi sahilində, təbii qazın çıxması nəticəsində yanan təbiət abidəsi.

 

 

 

 


Mərdəkan qalası (1232-ci il). Bakının Mərdəkanda qəsəbəsində yerləşən dairəvi qala. Yerli əhali tərəfindən bu qala Şıx qalası da adlandırılır.

 

 

 

 


Bibiheybət məscidi (XIII əsr). Hakimə xanımın qəbrinin yerləşdiyi ərazidə tikilmiş qədim məscid. 1936-cı ildə bolşeviklər tərəfindən dağıdılan məscid 2008-ci ildə yenidən bərpa edilmişdir.

 

 

 

 


Şəki xan sarayı (XVIII əsr). Orta əsr feodal dövləti olan Şəki xanlığının iqamətgahı olan bu sarayda bir dənə də olsun mismar işlənməmişdir. Bu abidəni seyr etmək üçün gözəl təbiətə malik Şəki şəhərinə baş çəkin.