Azərbaycan Alış-veriş mərkəzləri AzeriTravel ilə xaricə səfər etmək üçün 10 səbəb Azərbaycan dili Azərbaycan dili Azərbaycan Respublikasının rəsmi dövlət dili Azərbaycan dilidir. Bu dil Azərbaycan Respublikasında yaşayan 9 milyon azərbaycanlının ana dilidir. Bundan başqa, Azərbaycan dili İran İslam Respublikasında yaşayan 20 milyondan artıq azərbaycanlının, eləcə də Rusiya, ABŞ, Türkiyə, İraq, Gürcüstan və digər ölkələrdə məskunlaşmış 5 milyonadək azərbaycanlının ana dilidir. Beləliklə, Azərbaycan dili dünyada 35 milyonadək insanın ana dilidir. Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxildir (oğuz qrupuna Azərbaycan dilindən başqa Türk dili, türkmən dili, qaqauz dili, əfşar, salar dilləri daxildir). Ümumi şəkildə tarixi Azərbaycan ərazilərində bu dilin yayılması eramızdan əvvələ təsadüf edir. Eramızın əvvəllərində digər türk tayfalarının, xüsusilə də xəzərlərin Azərbaycana gəlmələri, daha sonra XI əsrdə Səlcuqilərin yürüşü Azərbaycan dilinin müasir vəziyyətinə təsir etmiş, ərəb və fars dilinin regionda yayılmasına baxmayaraq, öz varlığını qoruyub saxlamasına səbəb olmuşdur. Azərbaycan haqqında ümumi məlumat Azərbaycan haqqında ümumi məlumat Əziz həmvətənlər və ölkəmizə səfərə gələn əcnəbi qonaqlar! Azərbaycan Respublikası Qafqaz sıra dağlarının cənub yamacında yerləşib, şimaldan Rusiya Federasiyası, şimal-qərbdən Gürcüstan Respublikası, qərbdən Ermənistan Respublikası, cənub qərbdən Türkiyə Respublikası və cənubdan İran İslam Respublikası ilə həmsərhəddir. Ölkənin şərqini dünyanın ən böyük gölü olan Xəzər dənizinin suları yuyur. Azərbaycana səfər Azərbaycana səfər Azərbaycanın tarixi Azərbaycanın tarixi Əcnəbilər üçün Azərbaycanda İnvestisiya İmkanları Əcnəbilər üçün Azərbaycanda İnvestisiya İmkanları Azərbaycan Respublikasının iqtisadi inkişaf strategiyasının əsas hissəsini xarici investorların ölkə iqtisadiyyatına cəlb edilməsi təşkil edir. Siyasi sabitlik və son illərdə ölkədə gedən iqtisadi inkişaf xarici ölkələrin Azərbaycan iqtisadiyyatına uzunmüddətli investisiya yatırmaq istəklərini artırmışdır. Respublikamızda mülkiyyət hüquqlarının toxunulmazlığı, eləcə də investorların hüquq və maraqlarının qorunması, yerli və xarici sahibkarlara bərabər iş imkanlarının yaradılması və əldə olunan gəlirin maneəsiz şəkildə götürülməsi üçün hüquqi baza mövcuddur. Hal-hazırda Azərbaycan Respublikasında investisiya fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 1995-ci il tarixli 952 saylı fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında investisiya fəaliyyəti haqqında" qanun tənzim edir. Ölkəmizdə investisiya yatırmaq üçün ən mühüm sahələr aşağıdakılardır: Əyləncə mərkəzləri və restoranlar Əyləncə mərkəzləri və restoranlar Görməli yerlər Görməli yerlər Azərbaycan