Əcnəbilər üçün Azərbaycanda İnvestisiya İmkanları
Azərbaycan Respublikasının iqtisadi inkişaf strategiyasının əsas hissəsini xarici investorların ölkə iqtisadiyyatına cəlb edilməsi təşkil edir. Siyasi sabitlik və son illərdə ölkədə gedən iqtisadi inkişaf xarici ölkələrin Azərbaycan iqtisadiyyatına uzunmüddətli investisiya yatırmaq istəklərini artırmışdır. Respublikamızda mülkiyyət hüquqlarının toxunulmazlığı, eləcə də investorların hüquq və maraqlarının qorunması, yerli və xarici sahibkarlara bərabər iş imkanlarının yaradılması və əldə olunan gəlirin maneəsiz şəkildə götürülməsi üçün hüquqi baza mövcuddur. Hal-hazırda Azərbaycan Respublikasında investisiya fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 1995-ci il tarixli 952 saylı fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında investisiya fəaliyyəti haqqında” qanun tənzim edir. Ölkəmizdə investisiya yatırmaq üçün ən mühüm sahələr aşağıdakılardır:
SƏNAYE SAHƏSİ
Kimya, metallurgiya və energetika sənayesi (parfumeriya məhsulları, bərk məişət tullantılarının təkrar emalı, energetika avadanlıqları, plastik qab, metallurgiya məhsulları və s.).
Maşınqayırma sənayesi və tikinti materiallarının istehsalı (avtomobil nəqliyyatı üçün ehtiyat hissələrinin hazırlanması və təmiri, inşaat materiallarının istehsalı, tibbi cihaz və avadanlıqlar, məişət texnikası və s.)
Yeyinti və yüngül sənaye (pambıq və yundan hazırlanan məhsullar, gön-dəri emalı, əl ilə toxunan xalçalar, yüksək keyfiyyətli ayaqqabı istehsalı, ağac emalı və mebel istehsalı, suvenirlər, hədiyyələr, ərzaq məhsulları, kənd təsərrüfatı məhsulları və s.)
AQRAR SAHƏ
Bitkiçilik (pambıqçılıq, üzümçülük, meyvəçilik, tütünçülük, şəkər çuğunduru, taxılçılıq, çayçılıq, yağlı bitkilər və s.).
Heyvandarlıq (quşçuluq, arıçılıq, balıqçılıq, iribuynuzlu heyvandarlıq təsərrüfatları və s.)
İNFORMASİYA TEXNOLOGİYALARI SAHƏSİ
İnformasiya texnikası və kompüter texnologiyaları sahəsi
TURİZM SAHƏSİ
dağ idman növlərinin inkişafı, kurort-sanatoriya, turist-baza kompleksləri, müalicəvi turizm istirahət mərkəzləri, regionlarda mehmanxanalar.
TİKİNTİ SAHƏSİ
Ofis və yaşayış üçün binaların, yaşayış komplekslərinin, göydələnlərin, villaların tikintisi
Azərbaycanın xarici investorlar üçün üstünlüyü:
- Xarici investorlar üçün münbit şərait:
– Regionda birbaşa xarici investisiya üzrə ən yüksək göstərici.
– İnvestorlar üçün hüquqi təminat.
- Sürətlə inkişaf edən və açıq iqtisadiyyat:
– ÜDM-nin illik artımı 26,4%.
– Xarici bazar dövriyyəsinin illik artımı 19,8%.
– İdxalın orta səviyyəsi 5,7%.
- Qeyri-neft sektorunda geniş imkanlar:
– İqtisadi fəaliyyətin əksər sahələrinin son beş ildə yüksək inkişaf göstəriciləri: sənaye – 7,5, tikinti – 3,8, bazar – 3,5, nəqliyyat və rabitə – 2,9, sosial xidmətlər – 2,8, kənd təsərrüfatı – 2,1 dəfə.
– Kənd təsərrüfatı istehsalçıları üçün vergi güzəştləri.
- Təbii ehtiyatlar: faydalı qazıntılar və münbit torpaq.
- Sərfəli strateji mövqe:
– Xəzər dənizi və Orta Asiyaya birbaşa çıxış.
– Beynəlxalq ticarət yolları üzərində yerləşmə (Böyük İpək yolu, Şimal-Cənub dəhlizi).
– Genişlənən Avropa faktoru və Yeni Mehriban Qonşuluq Siyasəti.
- Rəqabətədavamlı və ucuz yerli işçi qüvvəsi
Biz investorlar üçün nə edə bilərik:
AzeriTravel Şirkəti sizinlə ilkin danışıqlardan sonra, niyyətinizə və fəaliyyət sahənizə uyğun peşəkar mütəxəssislər və tərcüməçilərin dəstəyi ilə özəl turlar təşkil edib, ölkəmizdə olan mövcud imkanlarla sizi tanış edəcəkdir. Sizin investisiya istəklərinizi dəyərləndirən, həm dövlət, həm də özəl sektorda çalışan mütəxəssislərimiz vasitəsi ilə sizi maraqlandıran bütün suallara cavab tapacaq və bu sahədə tam, dolğun biliyə sahib olacaqsınız. İstər dövlət məmurları, istərsə də nüfuzlu mütəxəssislərlə sizi tanış etmək, konfranslar təşkil etmək kimi vəzifələri AzeriTravel Şirkəti yüksək keyfiyyətlə təqdim edəcəkdir.