Azərbaycanın Alış-veriş mərkəzləri

Ölkəmizə səfərə gələn turistlər əksər hallarda geriyə qayıdarkən özlərinə, ailəsinə, yaxınlarına müxtəlif növ hədiyyələr, geyimlər almaq niyyətində olurlar. Bunu nəzərə alaraq, AzeriTravel Şirkəti bəzi məşhur alış-veriş mərkəzlərinin siyahısını sizə təqdim edir:

Gənclik Mall. Bu böyük alış-veriş mərkəzində istədiyiniz brend məhsulları tapa bilərsiniz.

 

 

 

 


Park Bulvar. Gənclik Mall AVM-dən nisbətən kiçik olan bu yer, Xəzər dənizinin sahilində, Bakı bulvarında yerləşir. Üst qatda kafe və restoranlar fəaliyyət göstərir.

 

 

 


28 Mall. 28 May metro stansiyasının yanında yerləşən bu AVM kifayət qədər geniş çeşidləri ilə zəngindir. Üst qatda kafe və restoranlar fəaliyyət göstərir.

 

 

 

 


Sədərək və Binə ticarət mərkəzləri. Bir-birinə yaxın olan bu iki xalq bazarı müxtəlif növ malların topdan və pərakəndə satışı ilə tanınıb. İstədiyiniz ölçüyə və zövqə uyğun geyimləri bu ticarət mərkəzlərindən əldə edə bilərsiniz.

 

 

 

 


8 km və Xalqlar Dostluğu ərazisindəki ticarət mərkəzləri. Həm ucuzluğuna görə, həm də Bakı şəhərinin mərkəzinə yaxın yerləşdiyinə görə, bu ticarət mərkəzlərindən alış-veriş etməyə dəyər. Ticarət Mərkəzləri Xalqlar Dostluğu metro stansiyasının yaxınlığında yerləşir.