Azərbaycanda hüquqi xidmətlər
Şirkətlərin açılması
AzeriTravel Şirkəti Azərbaycan Respublikası ərazisində mülki qanunvericiliyin normalarına tam cavab verən bütün növ hüquqi şəxslərin qeydiyyatını həyata keçirməkdə sizə yardım edə bilər.
Yerli hüquqi şəxslərin qeydiyyatı zamanı təsisçilərin, iştirakçıların sayından asılı olaraq, təsis müqaviləsinin tərtib edilməsi, pay bölgüsü ilə bağlı hüquqi işlər, eləcə də qərarların verilməsi, fiziki-hüquqi şəxs təsisçilər haqqında məlumatların doldurulması, arayışın yazılması, nizamnamə kapitalı üçün bankda müvəqqəti hesabın açılması, dövlət rüsumunun ödənilməsi, nizamnamənin tərtib edilməsi, hüquqi ünvanla bağlı məsləhətlərin verilməsi və digər hüquqi prosedurları həyata keçirməklə, müəssisənin müvafiq orqanda qeydiyyatını həyata keçirir və tam paket sənədləri sizlərə təqdim edirik.
Paket sənədlər dedikdə, müəssisənin nizamnaməsi, VÖEN-i, kommersiya (yaxud qeyri-kommersiya) hüquqi şəxslərin dövlət reyestrindən çıxarışını, elektron sənəd mübadiləsi üzrə müqaviləsini, PİN-kodunu, möhürünü və digər zəruri sənədləri nəzərdə tuturuq.
Hüquqi şəxslər yarandıqdan sonra onların bank hesablarının açılması, bu barədə müvafiq tövsiyələrin verilməsi məsələlərində də həmişə sizlərə dəstək olmağa hazırıq.
Hüquqi şəxslərdə dəyişikliklərin həyata keçirilməsi, bu dəyişikliklərin dövlət reyestrində qeydiyyata alınması və dəyişiklikləri əks etdirən sənədlərin müvafiq orqanlardan təhvil alınıb sizə təqdim edilməsi prosesini də tam şəkildə həyata keçiririk.
Vərəsəlik
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, vərəsəlik dedikdə, ölmüş şəxsin hüquq və vəzifələrinin vərəsəlik hüquq normaları əsasında vərəsələrə keçməsi başa düşülür. Təbiətin dəyişilməz qanunları vardır və hər kəs müəyyən zaman keçdikdən sonra, haqqın dərgahına qovuşacaqdır. Ancaq əksəriyyət ölümdən sonra topladığı sərvətin, əmlakın aqibəti barədə düşünür və düşünməlidir də. Buna görə də, vərəsəlik, yəni mirasın bölüşdürülməsi məsələsi ilə tez-tez qarşılaşırıq.
Əziz qonaqlar. Azərbaycan Respublikası ərazisində hər hansı bir hüquqi xidmətə, vəkil xidmətinə ehtiyacınız yaranıbsa, AzeriTravel Şirkətinə müraciət edə bilərsiniz. AzeriTravel Şirkətinin peşəkar hüquqşünasları istər oturum məsələlərinin həllində, istər adınıza şirkət təsis etməkdə, istər vərəsəlik məsələlərini, nikah münasibətlərinin rəsmiləşdirilməsini həll etməkdə, istərsə də istənilən məhkəmə qarşısında sizin maraqlarınızı müdafiə etməkdə sizə yardımçı ola bilərlər.