Bələdçi

Əziz qonaqlarımız. Artıq Azərbayana bir neçə dəfə səfər etmisinizsə və ölkəni yaxşı tanıyırsınızsa və öz turunuzu özünüz təşkil etmək istəyirsinizsə, lakin bu zaman ərəbdilli tərcüməçiyə ehtiyac duyursunuzsa, AzeriTravel Şirkəti sizin bu istəyinizi anında həyata keçirməyə hazırdır. Tərcüməçi istər yanınızda, istərsə də telefon vasitəsi ilə sizin bütün suallarınızı cavablandıra, lazımi məsələlərdə tərcüməçilik edə bilər. Eyni zamanda, Azərbaycanda təhsil almaqla bağlı müraciət edən şəxslərə, o cümlədən müxtəlif sahələrdə tərcüməçiyə ehtiyacı olan qonaqlarımıza sənədləşmə işlərini, qarşılaşdığı problemi çözmək üçün yüksək ixtisaslı tərcüməçilər təklif edirik. Tərcüməçinin haqqı onun görəcəyi işdən asılı olaraq dəyişir. Bəzi xırda məsələlərdə isə, xidməti ümumiyyətlə təmənnasız edirik. Bununla bağlı bizim elektron poçta ([email protected]) yazılı müraciət etməyiniz xahiş olunur.