Azərbaycanda investisiya üzrə xidmətlər
Qeyd etdiyimiz kimi, AzeriTravel Şirkəti yalnız turistlərin daşınması ilə deyil, eləcə də investorların cəlb olunması və onlara Azərbaycanda ən uyğun imkanların təqdim olunması üzrə də ixtisaslaşıb. Şirkətimizin əməkdaşları sizinlə ilkin danışıqlardan sonra, niyyətinizə və fəaliyyət sahənizə uyğun peşəkar mütəxəssislər və tərcüməçilərin dəstəyi ilə özəl turlar təşkil edib, ölkəmizdə olan mövcud imkanlarla sizi tanış edəcəkdir.
Sizin investisiya istəklərinizi dəyərləndirən, həm dövlət, həm də özəl sektorda çalışan mütəxəssislərimiz vasitəsi ilə sizi maraqlandıran bütün suallara cavab tapacaq və bu sahədə tam, dolğun biliyə sahib olacaqsınız. İstər dövlət məmurları, istərsə də nüfuzlu mütəxəssislərlə sizi tanış etmək, konfranslar təşkil etmək kimi vəzifələri AzeriTravel Şirkəti yüksək keyfiyyətlə təqdim edəcəkdir.
Bundan başqa, bütün növ müqavilələrin, sənədlərin, bəyannamələrin hazırlanması, təqdim edilməsi, Azərbaycan Respublikası ərazisində ölçüsündən asılı olmayaraq, istənilən şirkətin vergi hesabatlarının verilməsi, vergi münasibətlərinin tənzimlənməsi, sosial ödənişlər, eləcə də müqavilələrin, ərizələrin, digər hüquqi və maliyyə sənədlərinin hazırlanması və ona nəzarət edilməsi sahəsində hüquqşünas və vəkillərdən ibarət kollektivə malikdir. Dünyanın bir çox ölkələrinin hüquq şirkətləri ilə tərəfdaşlıq müqaviləsi olan AzeriTravel-in hüquq departamenti sizə münasib qiymətə kompleks xidmətlər təqdim etmək niyyətindədir.