Taksi xidməti

Əziz qonaqlarımız. Bələdçi vasitəsi ilə təqdim etdiyimiz turlar təqribən saat 10:00-da başlayır və 18:00-da (bəzən isə 20:00) başa çatır. Bundan sonra sizin asudə vaxtınız yaranır. Asudə vaxtınızda gəzintinizi daha da zənginləşdirmək, gecə gəzintisinə çıxmaq, dəniz kənarında, yaxud digər maraqlı yerdə çay içmək, gecə klubuna getmək, tibbi masaj və s. istəklərinizə uyğun olaraq, AzeriTravel Şirkəti taksi xidmətini təklif edir. Şəhərin hər bir yerini tanıyan, qismən ərəb dilində danışan, başa düşən taksi sürücülərimiz keyfiyyətli avtomobilləri ilə sizin qulluğunuzda durmağa və getmək istədiyiniz yerə sizi sağ-salamat çatdırmaqda yardımçı olmağa hazırdır.