Hava Limanında qarşılama və transfer

AzeriTravel Şirkətinin əməkdaşları sizi müvafiq pasport-nəzarət prosedurlarından keçib ölkəyə qədəm qoyduğunuz anda sizi qarşılayıb yerləşəcəyiniz otelə çatdıracaqdır. Hava Limanından otelə çatanadək olan müddətdə Azərbaycanla bağlı müvafiq məlumatlar verəcək və artıq səfərinizin bir hissəsinə çevriləcəkdir. Yolboyu sizi maraqlandıran bütün suallara cavab verəcək, ilkin zəruri tələblərinizin, o cümlədən Azərbaycan valyutasının və telefon kartının əldə olunmasında bələdçilik edəcəkdir.