İstanbul turu

  • İstanbul turu
  • İstanbul turu
  • Istanbul turu www.azeritravel.az
  • İstanbul turu

İstanbul turu

İstanbul turu gəzinti həvəskarlarının, xüsusilə də Azərbaycalıların ən çox arzuladığı şəhərdir desək, yəqin ki səhv etmərik. AzeriTravel səyahətsevərlər üçün füsunkar İstanbul turunu təşkil edir. İstanbulun unudulmaz tarixi abidələrini, muzeylərini, əzəmətli Topqapı sarayını, sehrli və möhtəşəm Ayasofyanı, gündəlik təşkil olunan romantik gecə gəzintilərini canlı seyr etmək istəyirsinizsə, münasib qiymətlərimizdən faydalanıb, turları bizdən sifariş edin və İstanbulu kəşf edin.

Təklif etdiyimiz İstanbul turu özündə turistlər üçün lazım olan hər şeyi ifadə edir. İstanbul öz memarlığı ilə ziyarətçiləri sanki nağıllar aləminə aparır, çoxəsrlik tarixi ilə keçmişə qaytarır, çoxçeşidli mətbəxi ilə sizi ləziz təamların dadını bir ömür xatırlamağa vadar edir.

Əhalisi 20 milyona yaxınlaşan şəhər-meqapolis şərqlə qərbin unikal qovuşmasını özündə əks etdirir.
İstanbul şəhəri çimərlikləri ilə də məşhurdur. Düzdür, məhz çimərlik üçün İstanbula gəlmək o qədər də uyğun bir seçim hesab olunmur. Çünki Türkiyənin çimərlik üçün uyğun şəhərləri, istirahət zonaları çoxdur və öz keyfiyyətinə görə daha çox fərqlənir. Ancaq İstanbula səfər etmisinizsə, çimərliklərdən də faydalana bilərsiniz. İstanbulun şimalında Qara dəniz, cənubunda isə Mərmərə dənizinin ecazkar sahilləri bura səfər edən turistlərin xoş istirahətləri üçün iyundan sentyabr ayınadək mövsümü açıq elan edir.
İstanbul turu İstirahətə gələnlər üçün şəhərdə 20-dən artıq çimərlik, şəhər kənarında isə 50-dən artıq çimərlik xidmət göstərir. Həm ödənişsiz, həm də ödənişli çimərliklər hər zaman ziyarətçiləri özünə cəlb etmişdir. Onlar arasında fərqlər yalnız əlavə xidmətlərin olmasına görə fərqlənir (xüsusi dayanacaqlar, zontiklər, duş kabinələri və s.). Əksər çimərliklər qumludur, ancaq bəzi hissələrdə otla örtülmüş sahillərə də rast gəlinir.
Mərmərə dənizində suyun hərarəti Qara dənizdən daha isti və dərinliyi isə daha azdır. İstanbulun Asiya hissəsində Mərmərə sahillərində çoxlu sayda ödənişsiz, lakin həcmcə kiçik çimərliklər mövcuddur.
Qara dəniz sahilləri isə daha uzun və qumlu sahilləri ilə fərqlənir. Burada suyun hərarəti nisbətən soyuq olur.

İstanbulda çimərliklərə təşkil olunmuş turlar arasında ən geniş yayılmışları aşağıdakılardır:

– Floriya (Mərmərə dənizi) turu – işıqlı xırda qumluqlardan ibarət 850 m uzunluğunda olan sahildə istirahət üçün bütün imkanlar yaradılmışdır və giriş ödənişlidir
– Caddebostan (Mərmərə dənizi) turu – giriş ödənişsizdir, gözəl görünüşə malikdir. Ərazidə kafe fəaliyyət göstərir
– Dalia Beach Club çimərliyi (Qara dəniz) – təmiz qumluğa, infrastruktura, restorana, istirahət üçün çoxsaylı imkanlara malikdir.
İstanbulda ekskursiya turlarında iştirak edənlər həm tarixi, həm dini, həm də mədəni və kulinariya turlarına qatıla bilərlər. İstanbulu daha yaxşı dərk etmək üçün aşağıda qeyd olunan yerləri ziyarət etməyi tövsiyə edirik:
– Məscidlər (Ayasofya, Süleymaniyə, Sultanəhməd)
– Topqapı, Dolmabağça sarayı
– Parklar (miniatür, Gülhane)
– Rumelihisar qalası
– Böyük bazar və s.
Səs-küylü, qaynar və izdihamlı küçələrin, meydanların, kafe və restoranların, eləcə də görməli yerlərin zövqünü ilboyu hiss edə bilərsiniz. Orta əsrlərin sehrini daha yaxşı duymaq üçün qaldığınız otağın pəncərəsini açıq saxlayıb, sübh azanını dinləmək, məscidə səhər namazına getmək tövsiyə olunur.
Bundan başqa İstanbula səfər etməklə siz adlarını sadalamadığımız və saymaqla bitməyən, ancaq kifayət qədər önəmli olan möhtəşəm muzeylər, tarixi ərazilər, saraylar, filmlərdən izlədiyimiz məşhur küçələr, çarşılar, müxtəlif dəbdəbəli butik və mağazalar, eləcə də iki qitəni birləşdirən körpülər, dünyanın ən böyük tematik akvariumu olan İstanbul akvariumu ilə tanış ola bilərsiniz.
Unudulmaz bir səfər üçün, keçmişə və gələcəyə səfər üçün Azeritravelə müraciət etməklə, həm müvafiq tövsiyələrimizdən, həm də uyğun və münasib turlarımızdan faydalana bilərsiniz.