Oturum icazəsi
Əziz qonaqlarımız. Azərbaycan Respublikası ərazisində məskunlaşmaq, oturum icazəsi almaq fikrinə düşmüsünüzsə, bunu aşağıdakı yollarla həyata keçirə bilərsiniz:
1. Tələbə oturum icazəsi. Azərbaycan Respublikasında tələbə adını qazanıb, buranın ali təhsil müəssisələrində təhsil alan vətəndaşlar müvafiq sənədləri toplayıb, oturum üçün müraciət edə bilərlər. Təbii ki, təhsil üçün müraciət edən şəxs ilk növbədə Azərbaycanda qalmaq üçün verilən viza müddətində adını ali təhsil müəssisələrində qeydiyyatdan keçirməli, yalnız bundan sonra oturum üçün müraciət etməlidir.
2. Azərbaycan vətəndaşı ilə nikah münasibətlərinə daxil olma. İstənilən xarici ölkə vətəndaşı Azərbaycan Respublikası vətəndaşı ilə ailə qurduqdan sonra müvafiq sənədləri təqdim etməklə Azərbaycan Respublikası ərazində yaşamaq icazəsi ala bilər.
3. Əmlak əldə etmə. Azərbaycan Respublikası ərazisində qiyməti 100 min manat və daha çox dəyərə malik mənzil alan xarici ölkə vətəndaşı Azərbaycan Respublikası ərazisində yaşamaq icazəsi ala bilər. Yaşamaq icazəsinin müddəti bitdikdən sonra əcnəbi mülkiyyətində olan mənzili satıbsa və digərini əldə etməyibsə, bu zaman oturumun müddəti uzadılmır.
4. Hüquqi şəxs təsis etmək. Azərbaycan Respublikası ərazisində hüquqi şəxs təsis etməklə ticarət fəaliyyəti ilə məşğul olan əcnəbi vətəndaş tərkibində 4 nəfər Azərbaycanlı olmaq şərti ilə, özü də həmin müəssisədə çalışmaqla oturum icazəsi ala bilər.