Şirkətlərin açılması
AzeriTravel Şirkəti Azərbaycan Respublikası ərazisində mülki qanunvericiliyin normalarına tam cavab verən bütün növ hüquqi şəxslərin qeydiyyatını həyata keçirməkdə sizə yardım edə bilər. Yerli hüquqi şəxslərin qeydiyyatı zamanı təsisçilərin, iştirakçıların sayından asılı olaraq, təsis müqaviləsinin tərtib edilməsi, pay bölgüsü ilə bağlı hüquqi işlər, eləcə də qərarların verilməsi, fiziki-hüquqi şəxs təsisçilər haqqında məlumatların doldurulması, arayışın yazılması, nizamnamə kapitalı üçün bankda müvəqqəti hesabın açılması, dövlət rüsumunun ödənilməsi, nizamnamənin tərtib edilməsi, hüquqi ünvanla bağlı məsləhətlərin verilməsi və digər hüquqi prosedurları həyata keçirməklə, müəssisənin müvafiq orqanda qeydiyyatını həyata keçirir və tam paket sənədləri sizlərə təqdim edirik. Paket sənədlər dedikdə, müəssisənin nizamnaməsi, VÖEN-i, kommersiya (yaxud qeyri-kommersiya) hüquqi şəxslərin dövlət reyestrindən çıxarışını, elektron sənəd mübadiləsi üzrə müqaviləsini, PİN-kodunu, möhürünü və digər zəruri sənədləri nəzərdə tuturuq. Hüquqi şəxslər yarandıqdan sonra onların bank hesablarının açılması, bu barədə müvafiq tövsiyələrin verilməsi məsələlərində də həmişə sizlərə dəstək olmağa hazırıq.
Hüquqi şəxslərdə dəyişikliklərin həyata keçirilməsi, bu dəyişikliklərin dövlət reyestrində qeydiyyata alınması və dəyişiklikləri əks etdirən sənədlərin müvafiq orqanlardan təhvil alınıb sizə təqdim edilməsi prosesini də tam şəkildə həyata keçiririk.
Müəyyən səbəblərdən Azərbaycan Respublikasında mövcud olan hüquqi şəxslərin fəaliyyətinin müvəqqəti dayandırılması, yaxud ləğv edilməsi prosesini də əvvəldən axıradək tam hüquqi tələblər çərçivəsində həyata keçirilir. Ləğvetmə zamanı xüsusi ləğvetmə komissiyası təyin edilir və ləğv edilən hüquqi şəxsin adından bütün orqanlar, eləcə də məhkəmə qarşısında çıxış edir.