AzeriTravel ilə Azərbaycanı ziyarət etmək

   1. Uzunmüddətli təcrübə

Əziz qonaqlar. AzeriTravel Şirkəti Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş, eləcə də bir sıra xarici ölkələrdə nümayəndəlikləri olan, uzunmüddətli təcrübəyə malik turizm şirkətidir. Əlbəttə, hər bir şəxs öz işini peşəkarlar vasitəsi ilə görməyi arzu edir. Bu baxımdan, sizin mənafeyinizi öz mənafeyi kimi qoruyan, böyük təcrübəyə malik bir şirkətlə Azərbaycana səfər etmək fürsətini qaçırmayın. Fəaliyyət göstərdiyimiz 15 illik təcrübəmizdən qaynaqlanaraq, sizin səfərinizi həyatınızın ən maraqlı hadisəsinə çevirməyi qarşıya məqsəd qoymuşuq.


   2. Keyfiyyətə zəmanət

AzeriTravel Şirkəti göstərdiyi xidmətlərin keyfiyyətinə tam zəmanət verir. İstər öncədən razılaşdırılmış olsun, istərsə də sonradan edəcəyiniz müraciət əsasında, istəyinizə uyğun istənilən xidməti ən yüksək keyfiyyətlə alacaqsınız. İstər oteldə yerləşmə məsələsində, istər daşınmada, istərsə də bələdçi xidmətində heç bir nöqsan tapa bilməyəcək, əksinə həm Azərbaycanı bizim vasitəmizlə sevəcək, göstərdiyimiz nümunəvi xidmətlərdən bəhrələnib, lazım gəldikdə öz işinizdə bəhrələnəcəksiniz.


    3. Bələdçilər

Ana dilinizdə sizi bələdçi xidməti ilə təmin etməklə yanaşı, AzeriTravel Şirkəti bu bələdçilərin yüksək savada malik olmasına, onların tarix, coğrafiya, idman, hüquq, iqtisadiyyat və digər sahələrə aid biliklərinin olmasına da əhəmiyyət verir və mütəmadi olaraq bələdçilərin daha da savadlanması üçün kurslar təşkil edir. Bizim bələdçilər sadəcə sizin dilinizdə danışmırlar. Bizim bələdçilər, həmçinin sizin maraqlandığınız istənilən suala dəqiqliklə cavab vermək qabiliyyətinə malikdirlər.


    4. Səyahətiniz zamanı Azərbaycanı tam kəşf etmək

Ərəb dilində gözəl bir hikmətli məsəl var: “Qəribin gözləri görsə də kordur”. Doğrudan da, insan tanımadığı yerə səfər edərkən, ilk vaxtlarda əziyyət çəkir, nə etmək lazım olduğunu bilmir. Şirkətimiz çox qısa müddət ərzində, hətta hava limanından otelə gedəcəyiniz qısa müddət ərzində, sizə xarici dövlətlərlə bağlı ən önəmli məlumatları çatdıracaq, düzgün istiqamətləndirəcək və Azərbaycana geri qayıdarkən, tam kəşf etdiyiniz ölkə barədə yaxınlarınıza geniş məlumat verə biləcəksiniz. Növbəti dəfə səfər etdikdə, özünüzü rahat hiss edəcəksiniz.


     5. Bütün otellərlə əməkdaşlıq

AzeriTravel Şirkəti Dübyada mövcud olan bütün mühüm otellərlə əməkdaşlıq edir və sizin niyyətinizə uyğun olaraq (sakit yer, izdihamlı yer, şəhər kənarı, dəniz qırağı, əhalinin sıx yaşadığı ərazi və s. meyarlara görə), ən uyğun otelə yerləşməyinizə və qalacağınız oteldən maksimum razı qalmağınıza zəmanət verir. Təklif etdiyimiz otellər həm ailənizlə, həm də dostlarınızla birgə maraqlı keçən səfərinizi tamamlayacaqdır.


    6. Keyfiyyətli nəqliyyat vasitəsi

AzeriTravel Şirkəti onun vasitəsilə Azərbaycana səfər edən turistlərin ən keyfiyyətli nəqliyyat vasitələri ilə daşınmasına təminat verir. İstifadə etdiyimiz nəqliyyat vasitələri son illərin brend avtomobilləri olub, bütün zəruri avadanlıqlarla təchiz edilib.


      7. Qiymətdə münasiblik

AzeriTravel Şirkətini digər turizm şirkətlərindən fərqləndirən əsas məqamlardan biri təqdim etdiyi xidmətlərin qarşılığında qiymətlərin xeyli münasib və aşağı olmasıdır. Biz həm sizin vəsaitinizin qayğısına qalır, həm də işimizin keyfiyyətinə nəzarət edirik. Əlbəttə ki, bizim təqdim etdiyimiz qiymətlərlə otelin özünün təqdim etdiyi qiymətləri müqayisə etsəniz, fərqimizi açıq-aydın hiss edəcəksiniz.


    8. Kompleks xidmətlər

AzeriTravel Şirkəti yalnız sizin Azərbaycana səfərinizi, məskunlaşmağınızı və burada müəyyən turlar çərçivəsində səyahətinizi təşkil etməklə kifayətlənmir. Biz, həmçinin sizi maraqlandıran digər məsələlərlə də bağlı xidmətlər göstərir, tövsiyələr verir, sizə yardım edirik. AzeriTravel Şirkəti turistlərlə bağlı istənilən məsələni həll edə bilən, çoxprofilli turizm şirkətidir. Təqdim etdiyimiz xidmətlərə, həmçinin turistlərə avtomobillərin icarəsi, mənzil kirayəsi, oturum, təhsil, hüquqi məsləhətlər, ev alqı-satqı xidmətləri də daxildir. Bu barədə həm saytımızdan, həm rəhbərlikdən, həm də sizə bələdçilik edən şəxsdən ilkin məlumatlar ala bilərsiniz. Bundan başqa, Azərbaycana artıq bir neçə dəfə səfər edən turistlərə də günlərinin maraqlı keçməsi üçün çoxprofilli xidmətlər göstəririk.


   9. Müştərilərə dost münasibəti və gələcək əməkdaşlıq perspektivi

Müştərilərə dost münasibəti və gələcək əməkdaşlıq perspektiviAzeriTravel Şirkəti qəbul etdiyi turistlərə yalnız müştəri kimi deyil, həmçinin dost kimi baxır, onların ümumi digər problemlərinin çözülməsində dost əlini uzadır və onlarla gələcəkdə qarşılıqlı əməkdaşlıq imkanlarını da nəzərdən keçirir. İstər Azərbaycanda, istərsə də öz ölkənizdə olmanızdan asılı olmayaraq, sizi maraqlandıran istənilən suala cavab verməyə və tələbinizi yerinə yetirməyə hazırıq.


  10. Bir neçə istiqamətli turlar

Bir neçə istiqamətli turlar

AzeriTravel Şirkəti niyyətinizə uyğun olaraq sizə bir neçə tur paket təqdim edir. Təbii ki, Azərbaycanın görməli, gəzməli yerləri çoxdur və qısa müddət ərzində bu əraziləri gəzib, onlarla tanış olmaq mümkün deyil. Ancaq biz həm ümumi turlar təşkil edirik, həm də müalicəvi turlar, ov turları və digər özəl turlar hazırlayıb, sizlərə təklif edirik. Eyni zamanda, ölkəmizə bir neçə dəfə səfər etmisinizsə, artıq standart turlar deyil, özəl tur seçməyi, yaxud tur paketini şirkətimizdən icarəyə götürdüyünüz avtomobillə özünüzün təşkil etməyinizdə yardımçı oluruq.