Azərbaycan dünya reytinqində ən təhlükəsiz ölkələr arasında

Azərbaycan ən təhlükəsiz ölkələr arasında yer alıb

Beynəlxalq İqtisadi Forum dünyanın ən təhlükəsiz ölkələrinin siyahısını hazırlayıb. Azərbaycan Respublikası 141 ölkə arasında 18-ci yerdədir. Forumun rəyinə görə, dünyanın ən təhlükəsiz ölkəsi isə Finlandiyadır. Rusiya bu siyahıda 126-cı yerdədir. Ermənistan 38-ci, Gürcüstan isə 32-ci yerdədir. Reytinqin tərtib olunması zamanı cinayətkarlığın faizi, eləcə də terror təhlükəsi və hüquq-mühafizə orqanları ilə vətəndaşlar arasında mövcud olan münasibətlər nəzərə alınıb.