AZAL Bakı-Dubay-Bakı reysində yeni aksiya

AZAL Bakı-Dubay-Bakı reysində yeni aksiya keçirir

AZAL (Azərbaycan Hava Yolları) 1 dekabr 2016-cı ilədək Bakı-Dubay-Bakı istiqaməti üzrə biletlərə yeni qiymət təyin edib. Şirkətin məlumatına görə, bu istiqamətdə ikitərəfli biletin qiyməti cəmi 188 Avro təşkil edəcək. Qiymətə bütün vergi və rüsumlar daxildir.

Bundan başqa, biletin qiymətinə 23 kq-dək olan yükün təmənnasız daşınması, eləcə də isti və soyuq yeməklər daxildir.

Nəzərinizə çatdırırıq ki, AZAL Bakıdan Dubaya gündə iki dəfə komfortlu laynerlərlə uçuşlar həyata keçirir.