Azərbaycanda qış turizminin yenidən açılışına hazırlıq işləri davam edir. Bu barədə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev məlumat verib. Nazir bildirir ki, mövsümün açılışı dekabrın 15-ə nəzərdə tutulub və bununla bağlı bütün turizm müəssisələrində hazırlıq prosesi gedir. Nazir qeyd edir: “Azərbaycanda hər bir fəslin özünəməxsus gözəlliyi olduğu üçün, əsas məqsədimiz xaricdən gələn turistlərin axınının mövsümdən asılılığını aradan qaldırmaqdır və bununla bağlı strateji proqram da tərtib olunub”.